Boy atıbsan sərv tək, bir afəti-can olmusan
Boy atıbsan sərv tək, bir afəti-can olmusan, Parlayıb bir gün kimi, aşubi-dövran olmusan.
Qəmzənə öyrətmisən aşiqləri öldürməyi, Ey gözəl, sən qatili-övladi-insan olmusan.
Yusif ilə sən iki dövran əzizi oldunuz, Bir zamanlar o, sən isə indi sultan olmusan.
Hüsn bağinə bəzəkdir qönçəvü sərvü gülün, Gülyanaq, qönçədəhan, sərvi-xuraman olmusan.
Gəl cəfa daşı məni-divanəyə vurma daha, Bir uşaq sanma özün, növrəstə canan olmusan.
Ondakı qönçə dəhanın yoxluğu olmuş yəqin, Ey könül, bica gümanla əhli-nisyan olmusan.
Ah oxun keçdi fələkdən, ey Füzuli, indi sən, Qamətin xəm olsa da, bir mərdi-meydan olmusan.