Bizimlə zahidin felində bunca kim, təfavüt var
Bizimlə zahidin felində bunca kim, təfavüt var, Nədir illət bizə ondan yetər hər ləhzə min azar?
Bəla damində yoxdur məndən özgə qəm giriftarı, Tapılmaz kimsə ta dərdi-dilim mən eyləyim izhar.
Tayın yoxdursa da, fitnən bütün dünyanı doldurmuş, Nolar, bilməm, tapılsa bir nəfər də sən kimi xunxar?
Əcəldir, söylədin, dərman mənim qəlbimdəki dərdə, Bu viran könlümə göstərdin, ey gül, başqa bir memar.
Qaşın mehrabı səcdə nəmazımdır ki, mən hər dəm Əyib baş torpağa peyvəstə səcdə eylərəm təkrar.
Yuxum gəlməz gecə, bir kimsə yoxdur söyləyim dərdim, Deyəm ol kimsəyə kim, hər gecə yatmaz, qalar bidar.
Rəvadır başımı versəm yolunda yarımın qurban, Füzuli kimi, mən hər gün tapa bilməm yeni bir yar.