Bizim ol dilrüba cananəmizdir
Bizim ol dilrüba cananəmizdir, Məgər ol can degil cana, nəmizdir?
Yanarmən şəm’i-ruyin həsrətindən, Deməzsən ol bizim pərvanəmizdir.
Fəraqində nə fikrim vardır, ey dust, Vüsalın hər gecə mehmanəmizdir.
Gözün sərməstdir, boyun süpahi, Sözün nəqlü ləbin peymanəmizdir.
Güləndə dişlərin ağzında, ey can, Sədəf içindəki dürdanəmizdir.
Səri-zülfin içində danə xalin Könül quşinə damü danəmizdir.
Xətayi dedi: – Kimdir? – Bəndəniz də Dedi: – Bir aşiqi-divanəmizdir.
Lüğət: Dilrüba – gözəl, könülalan