Bizim məclis qurulmaz heç zaman, ey simbər, sənsiz
Bizim məclis qurulmaz heç zaman, ey simbər, sənsiz, Sənin aşiqlərindən orda olmaz bir nəfər sənsiz.
Gedərkən sən, bu cismimdə olan tabü təvan getdi, Deyil zor, bizdə yox hicranə dözməkçün hünər sənsiz.
Gecəm qəmlə keçər, sənsiz gözümdən yaş axar daim, Səhər şəmi kimi nurdan gözümdə yox əsər sənsiz.
Sənin hicrində müşküldür qəmə dözmək, ömür sürmək, Bu müşkül əmrə mən tək bir yazıq, aya, dözər sənsiz.
Yürü, qəddin bir ox olsun, uçub ol qəlbə batsın kim, Sevinməz sən bizə mehman gələndə, ya gülər sənsiz?
Ayağından qopan hər toz gözümdə tutiya olmuş, Görər tirə cahanı gözlərim kordan betər sənsiz.
Füzuli məskən etmişdir səri-kuyində çoxdandır, Odur ki, eyləməz hurü behiştə bir nəzər sənsiz.