Bizi qəmzənlə, ey zalım, həlak etdin, yaman etdin
Bizi qəmzənlə, ey zalım, həlak etdin, yaman etdin, Çəkib xəncər yazıq aşiqlərə, sən qəsdi-can etdin.
Cəfasından rəqibin olmaram rəncidə, ey canan, Onu zülm etməyə məcbur özün, ey canalan, etdin.
Könüldə şövqi-dağı tazələndi, hüsn bağında Yeni gül açdı, ol bağə məni sən bağiban etdin.
Yerə dəyməz ayağı könlümün bir an sevincindən, Kəməndi-zülfünə saldın onu, sən şadiman etdin.
Mənə hicran dəmində yar olan, ey vəslin ümmidi, Sənə canım fəda, qəlbim evini aşiyan etdin.
Könül, zahidlərə səndə inam yoxdur əzəl gündən, Nə yaxşı oldu, öz ikrahını indi əyan etdin.
Füzuli, yoxsa bir zindan göründü könlünə Bağdad Ki, işrətxaneyi-Təbriz şövqilə fəğan etdin?