Əsas məzmuna keç

Qəzəl

Biz ol cani-yeganəyüz, yeganə

Şah İsmayıl Xətai

1

Biz ol cani-yeganəyüz, yeganə, Nə bilür bizi hər naşı, biganə.

Bizə saqi dolu sundu qədəhni, İçübən əsriyib olax divanə.

Talibin mənzili bizə dikəndir, Nişan piruz olur həm binişanə.

Divanəyüz, divanəyə qələm yox, Bizə nə saçü saqqal, nə xo şanə.

Xətayinin nəfəsni eşidənlər Olardadır səadət, gər inanə.

Lüğət: Əsriyib – qızıb, qızışıb, azıb; Talib – tələb edən, istəyən; Şanə – daraq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.