Biz heç zamanda tərki-rüxi-yar etmərik
Biz heç zamanda tərki-rüxi-yar etmərik, Heç bir kəs etməyən işi zinhar etmərik.
Bənzətmişiksə qamətini sərvə, şərmdən Baş dikmişik yerə, bunu təkrar etmərik.
Bu gün rəqib ayırsa bizi bənd-bənd, yenə Biz aşiqik ona, bunu inkar etmərik.
Dildarımız verəndə bizə vəsl vədəsi, Vaxtından əvvəl əhdinə vadar etmərik.
Dünyapərəst biz deyilik mülkü mal umaq, Biz tərki-yarı can nə qədər var etmərik.
Biz ərseyi-fəsaddən olduq kənarə, çün Dünyayə uyub, könlümüzü xar etmərik.
Rindanəliklə badə olubdur şüarımız, Sanma, Füzuli, biz bunu iqrar etmərik.