Əsas məzmuna keç

Qəzəl

Biz əzəldən ta əbəd meydanə gəlmişlərdənüz

Şah İsmayıl Xətai

1

Biz əzəldən ta əbəd meydanə gəlmişlərdənüz, Şahi-mərdan eşqinə mərdanə gəlmişlərdənüz.

Yazmağa həqdən kəlamüllahi-natiq şərhini Kim, bəyani-elm ilən Qur’anə gəlmişlərdənüz.

Kainati surəti-rəhmanə təfsir etməgə Ruhi-qüdsi surəti rəhmanə gəlmişlərdənüz.

Bir müənbər türrənin küfrinə “amənna” deyib, Həqqə təslim olmuşuz, imanə gəlmişlərdənüz.

Saqiyi-baqi əlindən məst olub içməkdəyüz, Nərgisi-məstin kimi məstanə gəlmişlərdənüz.

Ğeybi-mütləqdən təmaşayi-rüxi-ziba içün Bu şəhadət mülkinə seyranə gəlmişlərdənüz.

Ey Xətayi, eydi-əkbərdir cəmali dilbərin, Biz bu eydi-əkbərə qurbanə gəlmişlərdənüz.

Lüğət: Müənbər – ətirli; Türrə – birçək, tel; Ziba – gözəl

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.