Əsas məzmuna keç

Qəzəl

Bistü həştü sivü düdür ayəti-nitqi-xuda

İmadəddin Nəsimi

1

Bistü həştü sivü düdür ayəti-nitqi-xuda, Görmüşəm eyni-əyanı, məndədir həq biriya.

On səkiz min aləmin mövcudu könlümdür mənim, Bulmuşam dəryada gövhər eylə bilgil bariha.

Fərdü mütləqdir vücudum, bilgil, ey əhli-yəqin, Şol səbəbdən vaqif oldum, keçdim əz hirsü həva.

Bistü həşt vəchimdə xəttim həq bəyanın eylər uş, Bilgil, ey salik, bu sirri, uş güvahım istiva.

Dörd kitabın mə’nisi, şərhi bu bistü həştdir, Həm dəliləm, həm bəyanam, həm süfatam xoşliqa.

Gər dilərsən həqqə vasil olmağa əz hər cəhət, Aşiqü heyran ola gör kəndözündən biriya.

Hər nə kim, istərsən, indi, lövhi-dildən istəgil, Ayəti-inna fətəhnadır dəlili-qul kəfa.

Çünki canın müşkilatı səndən oldu aşikar. Bulmuşam Fəzli-ilah, əz mö’cuzati-Mustafa.

Çünki gördüm bu kitabı, kafü nunu oxudum, Həm bu mə’ni üz veribdir könlümə işbu əta.

Mən bu sirri hər necə kim, gizliyə gördüm, vəli Bihicab oldu vücudum, zahir oldu lafəta.

Ey Nəsimi, həqqi bildin, nəfsi əmmarəni qoy, Anı dut kim, buyurar qafi-qənaət bifəna.

______________________Milli Kitabxana_______________________

Lüğət: Bistü – həşt – Iyirmi səkkiz; Şol – O; Salik – Düz yolla gedən; Güvah – Şahid; İstiva – Ekvator xətti; Nəfsi – şum – Uğursuz nəfs

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.