Bir zaman biz dəxi ol mah ilə həmxanə idik
Bir zaman biz dəxi ol mah ilə həmxanə idik, Şəmi-rüxsarəsinə yanmağa pərvanə idik.
Şuri-mey başda, əyağ əldə, səbu zanudə, Məclisi-eyşdə həmkaseyi-cananə idik.
Rəşki-səd aqilü fərzanə idik gərçi ki, biz, Həlqeyi-silsileyi-zülfdə divanə idik.
Hüsnünə məzhər idik ol büti-siminbədənin, Üzünə ayinə, geysulərinə şanə idik.
Uzadıb başımızı xümdən içərdik meyi-nab, Məst meyxanədə, biminnəti-peymanə idik.
İndi bir qeyri sayaq ilə ötürsən bizdən, Biz məgər kim, sənə, ey gül, belə biganə idik?
Ol büti-leylivəşin aşiqi-məcnunu olub, Şöhrəti-eşq ilə Seyyid kimi əfsanə idik.