Bir saqiyi-baqi ki, vəfa qıldı vüsalə
Bir saqiyi-baqi ki, vəfa qıldı vüsalə, Lütf ilə nəzər qıldı mana, sundu piyalə.
İçdim qədəhi-pürmeyi mə’şuqə əlindən, Cismim qamu can olduvü can uğradı halə.
Can məsti-ələst olduvü la-yə’qəlü heyran, Könlüm qədəhi dürdü içib irdi zülalə.
Hər bir səri-mu Mənsur olub söylər ənəlhəq, Həqqa mey içənlər irişərlər bu xəyalə.
Hər kimi ki, yaxmadıvü yandırmadı firqət, İrmədi Xəlil kimi bu gün nuri-vüsalə.
Yandırdı, bəli, eşqin odu, qıldı məni kül, Eşqində kül olan irişər külli-kəmalə.
Dəxi nedərəm dünya mənə ərzani qılsa, Səni dilərəm, qılma məni qeyrə həvalə.
Seyyid, qədəh iç, əbsəm, əzəldən şəhi-təqdir Hər kimsəyə öz qədri ilə sundu nəvalə.
Yandırıcı firqətin yaxdı məni narinə, Könlüm ulaşmaq dilər yari-vəfadarinə.
Eşqə əsir eylədi canımı şol cövri çox, Lütf ilə bir baxmadı yari-giriftarinə.
Oldu gözümdən iraq şol sənəmin surəti, Yarəb, irişdir məni dövləti-didarinə.
Gərçi süzülmüş gözü eylədi sayru məni, Rəhməti anın qanı aşiqi-bimarinə?
Yürəgimi yarəli eylədi şövqün, iriş, Yarəsinə bax bu gün, qoyma anı yarinə.
Yandırıram canımı şəm’inə pərvanətək, Yanar imiş yar üçün vasil olan yarinə.
Mülk ilə mal, ey məlik, kimsəyə çün qalmadı, Yox tut anı, heçə say, qalma onun varinə.
Eşqinə qalu bəla çün demişəm sidq ilə, Əhdini sındırmazam, durmuşam iqrarinə.
Yarə Nəsimi kimi canını qurban edən, Məhrəm olur ta əbəd məxzəni-əsrarinə.
Lüğət: Əbsəm – Lal; Şol – O; Sayru – Xəstə; Məlik – Padşah; Məxzən – Xəzinələr