Bir qul oğılani könül mülkünə sultan etdim
Bir qul oğılani könül mülkünə sultan etdim, Misr idi, padişəhin Yusifi-Kən’an etdim.
Dil ki, bir dilbərə sərmənzil idi, ahim ilə Yelə verdim, adını təxti-Süleyman etdim.
Eşq tərki, dilü candan görünürdü müşkil, Tərki-eşq eylə dedin, tərki-dilü can etdim.
Can qəmin çəkmiş idi, var idi boynumda həqi Bu onun əcri idi kim, sənə qurban etdim.
Rəhi-eşqin tutub, etdim qəmü dərdim dəf’in, Görə nə cəm’i bu təriq ilə pərişan etdim.
Sənə tapşırdığm oxlarını yaqdın, ey dil, Zaye’ etdin nə qədər kim, sənə, ehsan etdim.
Səbzə tək qıldı Füzuli, çıxarıb əşk əyan, Tən qübarində oxun hər necə pünhan etdim.
Lüğət: Təxt – rəvan – çiyin üzərində aparılan təxt; Əşk – göz yaşı