Bir qətreyi-ərəq ki, yüzündən nisar olur
Bir qətreyi-ərəq ki, yüzündən nisar olur, Səhni-zəmin bəharü gülü laləzar olur.
Ta şanə qıldı zülfini məşşateyi-əzəl, Tabindən açılır ki, cahan müşkbar olur.
Rə’na qədin ki, sərvi-səhidir müqabili, Yarəb, münasibi nə səbəbdən çinar olur?
Yarın, Xətayi, kuyinə can ver besidqi-dil, Yarım deyən sana xaçan əğyarə yar olur.
Lüğət: Qətreyi – baran – yağış damcısı; Nisar – saçma, dağıtma; Səhn – səhnə, həyat, meydan; Bəha – qiymət, dəyər; Şanə – daraq; Dil – ürək