Bir pəri heyraniyəm, bilmən məkani xandadır?
Bir pəri heyraniyəm, bilmən məkani xandadır? Kimsə bilməz dünyədə namü nişani xandadır?
Xubları sevmə deyüb tə’n etmə, ey naseh, mənə, Çünki bilməzsən məqami-cavidani xandadır.
Gəldi “sübhan-əlləzi əsra beəbdəh” şə’ninə, Lövhi-məhfuz üstə ol hüsnin bəyani xandadır?
Mən dedim: – Bir busə ver. Der: – Can verüb almaq gərək. Bu məkan içrə mətai-rayiqani xandadır?
Mən dedim: – Yüzünü göstər. Dedi: – Taqət yox sana. Bu sualinə cəvabi, “ləntərani” xandadır?
Ta vüsalindən cüda düşdüm, həyatım qalmadı, Dünyəvü üqbadə sənsiz zindəgani xandadır?
Xanda kim, yatım cəhanda uyxu gəlmər çeşmimə, Bu Xətayi yatmağa yar asitani xandadır?
Lüğət: Xublar – gözəllər; Naseh – nəsihət verən; Cavidan – əbədi; Sübhan – Allah; Məhfuz – qorunmuş; Hüsn – gözəllik; Ləntərani – görə bilməzsən; Cüda – ayrı; Üqba – axirət, o biri dünya; Uyxu – yuxu; Asitan – eşik, astana, hökmdar qapısı