Bir ömürdür yaxşı üz öz yarımızdan görmədik
Bir ömürdür yaxşı üz öz yarımızdan görmədik, Mərhəmət umduqsa da, dildarımızdan görmədik.
Çox gözəl sevdik, vəfasız çıxdı, bir əhli-vəfa Kim, xəbər tutsun dili-bimarımızdan, görmədik.
Dəhrdə bir çox gözəldən biz cəfa gördük, vəli Bir cəfakar öz büti-xünxarımızdan görmədik.
Hansı məclisdə ki, meydən, camdən yoxdur əsər, Tərk qıldıq, çünki öz asarımızdan görmədik.
Saldı səs aləmlərə vəsfin düri-şəhvar tək, Vəsfini çox axtarıb əşarımızdan, görmədik.
Ey Füzuli, təbinə əhsən ki, şerin meylini Hər qədər gəzdik, qədim asarımızdan görmədik.