Bir Leyli sevib eşqdə sövdalərə düşdüm
Bir Leyli sevib eşqdə sövdalərə düşdüm. Məcnunə dönüb daməni-səhralərə düşdüm.
Sövdayi-səri-zülfdə sərmayəmi verdim, Sud eyləmədim, gör necə sövdalərə düşdüm.
Bir tifli-səğir aldı mənim əqlimi əldən, Ey pir könül, gör qəmi-kübralərə düşdüm.
Hər canibə bax, bir büti-hərcayi görərsən, Hər yerdə əcəb töhməti-bicalərə düşdüm.
Sənani olub, bir büti-tərsa tələbində Hərdəm həvəsi-deyrü kəlisalərə düşdüm.
Şayəd gətirəm damənə ol dürri-yətimi, Qəvvasə dönüb eşqlə dəryalərə düşdüm.
Ta ki bir əlin öpmək üçün piri-müğanın Saqinin əyağından öpüb palərə düşdüm.
Əksi-rüxüvü sağəri-səbhadə görən dəm, Bitab oluban özgə təmənnalərə düşdüm.
Bildi məni nadan, elədi pənd xəlayiq, Səd şükr ki, Seyyid, dili-danalərə düşdüm.