Bir əcaib söhbət oldu guşeyi-cənnətdə duş
Bir əcaib söhbət oldu guşeyi-cənnətdə duş, Qazi oldu cür’əgirü seyyid oldu cür’ənuş.
Duş ta vəxti-səhər içdik mey əz cami-səfa, Göydəki cümlə məlaiklər çağırdı nuş, nuş!
Həm şəriət, həm təriqət, həm həqiqət, mə’rifət Verdilər fitva bizə dər-mə’niyi-həlqəbəguş.
Arifin sormaz hesabın ol kərimi-ləmyəzəl, Bu cəhətdən münfəildir, sufiyi-pəşminəpuş.
Bu Nəsiminin irişməz kimsə qövlü fe’linə, Gah şeyxü abid olur, gahi piri-meyfüruş.
______________________Milli Kitabxana_______________________
Lüğət: Duş – Yuxu; Cami – müsəffa – Saf şərab; Ləmyəzəl – Əbədi, ölməz; Münfəil – Pərt olmuş, utanmış; Qövl – Qohum; Meyfüruş – Meysatan