Bir dolu cam ilə, saqi məni qıl məstü xumar
Bir dolu cam ilə, saqi məni qıl məstü xumar, Həd vuran qazı edə məstliyimə ta iqrar.
Sərxoşam, çatdı namaz vaxtı, fəqət xoşhaləm Ki, namaz tərki üçün badə kimi üzrüm var.
Al şərab içməyi tərk etmədim ömrüm boyu mən, Qılmadım tövbə, nə də tövbəmi qırdım təkrar.
Malikəm mülkünə rüsvalığın aləmdə bu gün, Sağərin xətti ilə badə buna verdi qərar.
Fanidir ömr bu aləmdə, oruc tutmayıram Ki, şəriətcə müsafir gərək etsin iftar.
Pərdə çəkdim gözünə qanlı ciyər parəmdən, Yetməsin ta oradan mərdümi-çeşmimə azar.
Aldı bimar gözün canı, Füzuli, odu kim, Dərdsizi tərk qılıb, dərdliyə oldum qəmxar.