Əsas məzmuna keç

Qəzəl

Bir dəxi görmək camalın könlüm, ey can, arzular

İmadəddin Nəsimi

1

Bir dəxi görmək camalın könlüm, ey can, arzular, Xəsteyi-dərdi-fəraqın dərdə dərman arzular.

Ey üzün cənnət, boyun tuba, sözün abi-həyat, Qulluq etməklik tapunda hurü qılman arzular.

Gər səni arzularam, ey canü cananım, nola, Təşneyi-vəslin, nigara, abi-heyvan arzular.

Ta gülüstani-Irəm rüxsarını gördü gözüm, Bülbüli-şeyda kimi hər dəm gülüstan arzular.

Gördü tupi-qəbqəbi-simin, çövkan zülfünü, Tifli-ruhum neyləsin, ol tupü çövkan arzular.

Könlümüz arzuladı gər vəsli-cananı, nola Kim, yəqindir arzular dərviş, sultan arzular.

Bax axır xəstə Nəsiminin xəyali-xamına, Xatiri dərbəndi-zindan, hurü qılman arzular.

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.