Bir dəm mənə bax, ey gözü bimar, ölürəm mən
Bir dəm mənə bax, ey gözü bimar, ölürəm mən, Çeşmindən iraq, ey güli-tər, xar ölürəm mən.
Zəncirdə bir kimsənə can vermədi məntək, Ol silsileyi-zülfə giriftar ölürəm mən,
Məst olmadığım dəm yox idi dəhrdə bir gün, Səd heyf, ölən vəqtdə huşyar ölürəm mən.
Qorxum budu görsəm səni ləzzət tapa çeşmim, Şadəm ki, belə həsrəti-didar ölürəm mən.
Devrimi tutub qüssəvü qəm, möhnəti-aləm, Sanma ki, belə bikəsü biyar ölürəm mən.
Yox taqətim əğyar ilə görmək səni, ey şux, Ölməkdə bu gün bir qərəzim var, ölürəm mən.
Zəxmi-sitəmin olmadı bu Seyyidə kari, Səd heyf, səd əfsus, günəhkar ölürəm mən.