Bir baxışla qıymadın xoşhal ola bu binəva
Bir baxışla qıymadın xoşhal ola bu binəva, Vurmadın, ta rahət olsun, cisminə tiri-bəla.
Qəlbi-üşşaqə təbib olsan da, yoxdur faidə, Biz ki, öldük dərd əlindən, etmədin heç bir dəva.
Sən gözəllik mülkünün sultanısan, əfsus kim, Yanmadın ömründə hərgiz bir fəqirin halına.
Sən vəfalı olmağı yüz dəfə əhd etdin, vəli Nə bizi saldın yada, nə əhdinə qıldın vəfa.
Çeşmi-fəttanın əlindən dinü iman qalmadı, Sən özün öldürdüyün qurbanlara tutdun əza.
Qəlbimə qəmzə ilə vurdun xəta peykanını, Etmisən eyni xəta, hərçənd etməzsən xəta.
Sən Füzulidə vəfadən qeyri, şahım, görməsən, Qalmamış razı, ona çoxdandır etməzsən cəfa.