Əsas məzmuna keç

Qəzəl

Bilməz idim, bilmək ağızın sirrini düşvar imiş

Məhəmməd Füzuli

1

Bilməz idim, bilmək ağızın sirrini düşvar imiş, Ağızını derlərdi yox, dedikəlrincə var imiş.

Aciz olmuş yıxmağa ah ilə kuhi Kuhkən, Neyləsin miskin, onun eşqi həm ol miqdar imiş.

Daşə çəkmiş xəlq üçün Fərhad Şirin surətin, Ərz qılmış xəlqə məhbubin, əcəb biar imiş.

Kə’bə ehraminə zahid, dedilər, bel bağıladı, Eylədim təhqiq, onun bağılandığ zünnar imiş.

Ömrlərdir eylərəm əhvali-dünya imtəhan, Noqdi-ömrü hasili-dünya həman bir yar imiş.

Zövqi-didarilə dildarın yox etdim varimi, Dövləti-baqi ki, derlər, dövləti-didar imiş.

Dün Füzuli arizin görgəc, rəvan tapşırdı can, Laf edib derdi ki, canım var, əmanətdar imiş.

Lüğət: Düşvar – çətin, müşkül. E; Kuhkən – Fərhad; dağçapan; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Zünnar – xristian ruhanilərinin bağıladığ qurşaq; Baqi – əbədi, daimi, həmişəlik; artıq qalan; Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.