Əsas məzmuna keç

Qəzəl

Bilmən ki, yar cövrü cəfa kimdən ögrənür?

Şah İsmayıl Xətai

1

Bilmən ki, yar cövrü cəfa kimdən ögrənür? Eşqində bunca dərdü bəla kimdən ögrənür?

Aşiqlərinə cövrü sitəmdir işi müdam, Bəs bilmənəm ki, rəsmi-vəfa kimdən ögrənür?

Bu xəstənin qapunda duadır işi müdam, Sor ol gədayə, munca dua kimdən ögrənür?

Ol ay yüzini görməgə yer, gög baha dedi, Yarəb ki, bu mətaə baha kimdən ögrənür?

Cana, Xətayi dünyadə dərdin çəkər sənin, Könlünə sor ki, rəsmi-vəfa kimdən ögrənür?

Lüğət: Cövr – zülm; Müdam – davamlı, həmişə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.