Əsas məzmuna keç

Qəzəl

Bilməm ki, bu nə fitneyi-dövrü qəmər oldu

Seyid Əzim Şirvani

1

Bilməm ki, bu nə fitneyi-dövrü qəmər oldu, Saqi, hanı xurşidi-mey, axır səhər oldu.

Əğyar ilə ol qönçədəhən içdi meyi-nab, Ərbabi-vəfa həsrət ilə xuncigər oldu.

Mən dərdi-dilim ərz qılırdım, dedi ol şux: Hay-hay! Bu da gəldi bizə bir dərdi-sər oldu.

Verdim könül ümmid ilə bir özgə nigarə, Bədbəxtligim gör ki, bu ondan bətər oldu.

Hər nəxli-təmənnayə ki, yaşımla su verdim, Əğyarə salıb sayə, mənə bisəmər oldu.

Dildən keçib, əhvalı bilən yari-zəbandan, Mən ərzi-dil etdim ona, qəsdi-digər oldu.

Sancıldı təni-zarıma gər oxları, Seyyid, Uçmağa səri-kuyinə bir balü pər oldu.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.