Bilmə Məcnun kimi cana, məni Leyla dəlisi
Bilmə Məcnun kimi cana, məni Leyla dəlisi, Sanma eşq əhlini hər surəti-ziba dəlisi,
Arizi-ali-güləndama vurulmaz könlüm, Deyiləm bülbüli-şeyda, gülü-həmra dəlisi.
Nə qara zülfə əsirəm, nə qılınc qaşlara mən, Nə də haşa deyiləm didəyi-şəhla dəlisi.
Sala bilməz məni damə təməi-danəyi-xal, Boş xəyal etmə məni xam, təmənna dəlisi.
Mən o pərvanəyi pər suxtə-eşqəm ki, mənim, Halimə yanmadadır şəmi-şəbara dəlisi.
Öylə divanəyəm eşqində ki, yüz Məcnun tək Əl çalar xəndəzənan halıma səhra dəlisi.
Surət aşıqları yandı hamı hicran oduna, Vəsli canana yetər dəhridə məna dəlisi.
Tərk dünya gərək olsun tələbi-vəslin edən, Yoxsa ey məh, görə bilməz səni dünya dəlisi.
İstəsən Misr əzizi olasan Yusif tək Ey Şəfai, belədir olma Züleyxa dəlisi.