Bilindi mehrin, ey gərdun, sənin də var bu mahimdə
Bilindi mehrin, ey gərdun, sənin də var bu mahimdə, Rəqibimsən ki, durmuşsan inadla pişgahimdə.
Fələk, əl çək bu adətdən, mənə gəl sən cəfa etmə, Mənə yox, canına rəhm et, yanarsan bərqi-ahimdə.
Bu nə haldır ki, hər yanda o xurşidə yol axtardım, Itib bir kölgə tək qaldım mən öz bəxti-siyahimdə.
Təvaf etmək dilərdim yar kuyin zülməti-qəmdə, Könül, sən bir çıraq yandır mənim bu qəmli rahimdə.
Nə etdim, neylədim, ya Rəb, o gül döndərdi üz məndən, Nədən bəs inciyib, aya, nədir bilməm günahim də?
Fələkdə hər bəla varsa, mənə nazil edir, aya, Nə şahəm ki, bütün aləm olur rahat pənahimdə?
Füzuli, qeydi-əql axtarma məndə, bəndeyi-eşqəm, Mütiəm, ixtiyarım var mənim öz padşahimdə.