Bilin yaran, bu dünyadə hərə bir kar ilən oynar!*
Bilin yaran, bu dünyadə hərə bir kar ilən oynar!* Kimi xanənişin olmuş, kimi bazarilən oynar.
Kimi təxti-mürəssədə, başında taci-şahanə, Kimi zindan içində əl-ayağı dar ilən oynar.
Kimi talibdi dünyaya, kimi aşiqdi üqbayə, Kimi sazə, kimi nazə, kimi tək tar ilən oynar.
Kimi Məcnun sorağində, kimi Leyla fərağində, Kimi yarın üzərində yatan şahmar ilən oynar.
Kimisi şadü xürrəmdir, kimi leylü nəhar ağlar, Fələk də sərgiran olmuş Xurşidi-zar ilən oynar.
Lüğət: Mürəssə – daş-qaşla bəzənmiş; Üqba – axirət; Leyl – gecə; Nəhar – gündüz; Sərgiran – sərxoş