Əsas məzmuna keç

Qəzəl

Bəzmi-eşq içrə şərabımdır sirişki-laləgun

Məhəmməd Füzuli

1

Bəzmi-eşq içrə şərabımdır sirişki-laləgun, Qıldı qəm qəddim büküb, cami-şərabım sərnigun.

Hər tərəf pürxun əliflərdir çəkilmiş köksümə, Ya həvadən mövc urur bağrımdakı dəryayi-xun.

Artırır əyyami-hicranın sirişkim hiddətin, Müddəti-əyyam mey keyfiyyətin eylər füzun.

Məskən etmiş yar mari-zülfi çeşmim rəxnəsin, Pənd vermin kim, onu ondan çıxarmaz min füsun.

Qət’i-ülfət, qaliba, düşvardır kim, eyləmiş Nəqşi-Şirin ilə Fərhadı müqəyyəd Bisütun.

Rişteyi-can eylədim peyvənd tari-zülfinə, Ah kim, çəkməkdə imdad eyləməz bəxti-zəbun.

Ey Füzuli, mən məlamət gövhərinin gənciyəm, Əjdəhadır kim, yatır çevrəmdə zənciri-cünun.

Lüğət: Bəzm – qonaqlıq, kef məclisi; Sirişk – göz yaşı; Füzun – artıq. G; Füsun – ovsun; Düşvar – çətin, müşkül. E; Zəbun – düşkün, aciz, zəif; Cünun – dəlilik, divanəlik

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.