Əsas məzmuna keç

Qəzəl

Bəşarət könlümə, şah, sənmi gəldin?

Şah İsmayıl Xətai

1

Bəşarət könlümə, şah, sənmi gəldin? Bu quru cismimə cansənmi, gəldin?

Məni dərdlü qoyub getdün bu yerdən, Yenə dərdliyə dərmansənmi gəldin?

Əlin qanlu, gözün kinli, nə haldır? O şərdə1 qan edüb andənmi gəldin?

Yusif şəhrinə gəldin Misrdənmi? Həsən, Hüseyn, şəhi-Kən’anmi gəldin?

Bu qul biçarəyə şah sən yetərsən, A dövlət elçisi, şahdənmi gəldin? ____________ 1 Şərdə – şəhrdə, şəhərdə

Lüğət: Bəşarət – xoş xəbər, muştuluq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.