Əsas məzmuna keç

Qəzəl

Bəs ki, verir cəfaləri hərdəm səfa mənə

Seyid Əzim Şirvani

1

Bəs ki, verir cəfaləri hərdəm səfa mənə, Şadəm ki, daim eylər o gülrüx cəfa mənə.

Bəs ki, cəfalər ilə könül adət eyləyib, İndi gəlir cəfa, əgər etsə vəfa mənə.

Ol aşina ki, qət elədi məndən ülfətin, Biganə tənə eylədi, həm aşina mənə.

Derlər ki, vəsli-yardə bir özgə hal var, Bircə nəsib edəydi o hali xuda mənə.

Ətşani-cami-vəslinəm, ey Xızrxət, əgər İçsəm, ilahi, zəhr ola abi-bəqa mən.

Sultani-vadiyi-ələməm, dərdü qəm sipah, Eşq içrə gör cəlalımı, qıl mərhəba mənə.

Gəh cövrü, gəh xətavü, gəh azarü, gah xişm, Seyyid, o şux hərdəm edər bir əta mənə.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.