Bəs ki, ey dil, həvəsi-zülfi-girehgir etdin
Bəs ki, ey dil, həvəsi-zülfi-girehgir etdin, Axır ol zülfü mənim boynuma zəncir etdin.
Ey könül, mən ki görüb yarı ayaqdan düşdüm, De görüm öz qəmini sən necə təqrir etdin?
Arizi-yarımı, ey sanei-afaq, məgər Qərü ənbiqi-məhü mehr ilə təqtir etdin?
Eylədin vədə ki, vəslin günü qanım tökəsən, Ey olum vədənə qurban, niyə təxir etdin?
Baisi-nar dedin mehri-rüxin, ey vaiz, Gör behişt ayəsini sən nəyə təfsir etdin?
Verdi dil ol sənəmin küfr səri-zülfündən, Zahida, sən niyə ancaq məni təkfir etdin?
Səni ol gözləri xunxar salıbdır gözdən, Genə, ey Seyyidi-biçarə, nə təqsir etdin?