Əsas məzmuna keç

Qəzəl

Bəqa mülkün dilərsən, fani et varini dünya tək

Məhəmməd Füzuli

1

Bəqa mülkün dilərsən, fani et varini dünya tək. Ətək çək gördügündən afitabi-aləmara tək.

Təəllüq zülmətin təcrid xurşidinə qıl mətlə’, Əgər aləmdə bir gün görmək istərsən Məsiha tək.

Könül hər surəti-Şirinə vermə, iç meyi-mə’ni, Həzər qıl, daşə çalma tişəni Fərhadi-şeyda tək.

Rəfiqin olsa dilsiz canəvər, həm saxla raz ondan, Saqın, sirrin düşürmə dillərə Məcnuni-rüsva tək.

Yetər tavus tək ücbilə qıl arayişi-surət, Vücudindən keçib, aləmdə bir ad eylə ənqa tək.

Gühər tək qılma təğyiri-təbiət dəlsələr bağrın, Qərar et, hər həvadən olma şurəngiz dərya tək.

Füzuli, kainat əsbabının qıldım təmaşasın, Nədamətsiz tənə’üm yox, təsərrüfsüz təmaşa tək.

Lüğət: Raz – sirr, gizli olan şey; Arayiş – bəzək, süs, zinət; Təğyir – döndərmək, dəyişmək

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.