Bənövşə zülfünü salmış gül üzrə ənbərin sayə
Bənövşə zülfünü salmış gül üzrə ənbərin sayə, Könül heyranü zar oldu bu reyhani-səmənsayə.
Lətafətdən edər əksi ləbin lə’li-bədəxşanə, Zərafətdən urar tə’nə dişin lö’löi-lalayə.
Pərişanhal olmuşdur könül zülfün səvadından, Bu divanə nədən düşmüş bu piça-piç sevdayə.
Əzəl nəqqaşı yazarkən cəmalın nəqşini, dammış Qələmdən nöqteyi-ənbər bu gülbərgi-dilarayə.
Nə gül bitdi gülüstanda ki, bənzər uşbu rüxsarə, Nə bir sərv ola bostanda ki, həmta qəddi-balayə.
Xəti reyhandürür gör kim, göyərmiş kövsər üstünə, Və ya rüxündən ayətdir oxunmuş bədr ilə ayə.
Nə şirin şərhini eylər Nəsimi ləblərin, yarəb Ki, məst olur həlavətdən bu tutiyi-şəkərxayə.
Lüğət: Sayə – Kölgə; Əksi – Nöqsan; Sevda – 1. Öd. 2. Məhəbbət; Bala – Hündür, uca