Əsas məzmuna keç

Qəzəl

Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyani unut!

Məhəmməd Füzuli

1

Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyani unut! Baliğ oldun, gəl rəhimdən içdigin qani unut!

Verdi rehlətdən xəbər muyi-səfidü ruyi-zərd, Çöhreyi-gülgun ilə zülfi-pərişani unut!

Çək nədamətdən gögə dudi-dilin, tək qanlı yaş, Sərvi-nazin tərk tut gülbərgi-xəndani unut!

Gör qənimət fəqr mülkündə gədalıq şivəsin, E’tibari-mənsəbü dərgahi-sultani unut!

Çəkmə aləm qeydini, ey sərbüləndi-fəqr olan, Səltənət təxtinə irdin, bəndü zindani unut!

Lövhi-xatir surəti-cananə qıl ayinədar, Onu yad et, hər nə kim yadındadır, ani unut!

Mə’siyət dərsin yetər təkrar qıl, döndər vərəq, Özgə hərfin məşqin et, ol dərs-ünvani unut.

Ey Füzuli, çək məlamət rəhgüzarından qədəm Ləhzə-ləhzə çəkdigin bihudə əfğani unut!

Lüğət: Gülgun – gül rəngli, gül üzlü; Lövh – lövhə, səhifə. M

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.