Behəmdullah, səfa bulduq cəmali-novbaharindən
Behəmdullah, səfa bulduq cəmali-novbaharindən, Könül mir’ati jəng olmaz anın xətti-qübarindən.
Görüb kuyində dildarın rəqibi çəkmə ğəm hərgiz, Məsəldir güldərənlər ağlamaz gülşəndə xarindən.
Köçüb hər masəvadən talibi-didar olan aşiq Əlin çəkmək gərək, ey dil, cəhanın cümlə varindən.
Xəyali-yar ilə qane olub meyli-vüsal etmə, Şikayət eyləməz sadiq olanlar ruzigarindən.
Xətayi ölməgə can verməyüb meydani-eşq içrə, Yezid ollam, dönərsəm Murtəzanın zülfiqarındən.
Lüğət: Xətt – yanaq, yazı; Hərgiz – heç vaxt; Talib – tələb edən, istəyən; Didar – görüş, üz; Dil – ürək