Bayram günü əvvəl, gözəlim, biz sizə gəllik
Bayram günü əvvəl, gözəlim, biz sizə gəllik, Sonra siz ilə birgələşib evmizə gəllik.
Bu fasiləyə əhli-məhəbbət dözə bilməz, Eşq aləmidir mən bilirəm, üz-üzə gəllik.
Onda sizə getməyi mənə üz vuracaqsan, Sən öz canın, amma gəzə-gəzə bizə gəlik.
Sən öncə süzərsən, gələrəm mən də dalınca, Çün qol-qola olsaq, bu bəzəklə gözə gəllik.
Seyr etməyə doğma vətəni sahə-bə-sahə. Gah gülşənə, gah bağa-dağa, gah düzə gəllik.
Bülbül gül ilə həmdəm olur, mən də səninlə, Şirin dil ilə söhbətə, şirin sözə gəllik.
Bir gün sənin eşqində Şəfailə bərabər Bir baş Bakıdan çala-çala Təbrizə gəllik.