Əsas məzmuna keç

Qəzəl

Batinim hicrində, cana, dopdolu qandır mənim

Şah İsmayıl Xətai

1

Batinim hicrində, cana, dopdolu qandır mənim, El yüzinə zahirim gül kimi xəndandır mənim.

Zəhri-hicrin ləşkərindən kişvəri-canə nə ğəm, Çün xəyalın könlümün təxtində sultandır mənim.

Bülbüli-zarəm, yüzün bağü gülüstanımdurur, Ol gülüstan üstünə zülfün şəbistandır mənim.

Çeşmi-məstin gecələr neyçün oyanmaz xabdən? Kim, işim hər sübhü şam ah ilə əfğandır mənim.

Bu Xətayiyə rəqibin fitnəsi kar eyləməz, Daima çün dəstgirim fəzli-sübhandır mənim.

Lüğət: Xəndan – gülən; Hicr – ayrılıq; Kişvər – ölkə; Şəbistan – yataq otağı, hərəmxana; Çeşmi – giryan – ağlar göz; Kar – iş; Dəstgir – əldən tutan, köməkçi; Fəzl – fəzilət – dəyər, üstünlük, bilik; Sübhan – Allah

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.