Əsas məzmuna keç

Qəzəl

Batalı qanə oxun dideyi-giryan içrə

Məhəmməd Füzuli

1

Batalı qanə oxun dideyi-giryan içrə, Bir əlifdir sanasan kim, yazılır qan içrə.

Yeridir sineyi-suzanıma külxən desələr, Bəs ki, yanmışdır oxun sineyi-suzan içrə.

Canı tən içrə nə saxlardım əgər bilsə idim Ki, degil gizli qəmi-lə’li-ləbin can içrə.

Ala gər oxlarını didələrimdən, ey dil, Heyfdir, olmaya nagəh itə müjgan içrə.

Çak könlüm arasında yaraşır peykanın, Iqdi-şəbnəm xoş olur qönçeyi-xəndan içrə.

Qəddinə sərv demiş, qönçələrin tə’nindən, Duramaz badi-səba hiç gülüstan içrə.

Ey Füzuli, kimə suzi-dilimi şərh qılım, Yox mənim kimi yanan atəşi-hicran içrə.

Lüğət: Peykan – ox

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.