Başım möhnət balıncında çəkib azar uzaq səndən
Başım möhnət balıncında çəkib azar uzaq səndən, Olub qəm bəstərində cismü can bimar uzaq səndən.
Dedim səndən uzaqlaşsam, bir az yüngülləşər dərdim, Güman etməzdim, ey gül, möhnətim artar uzaq səndən.
Bəlayi-hicr çoxdur, taqətü səbrim azalmışdır, Nələr, bilməm, çəkər başım mən, ey yarım, uzaq səndən.
Deyirdin ki, fəraqimdə ölərsən şübhəsiz, əmma Məhal işdir olam asudə mən, zinhar, uzaq səndən.
Fəğanü nalədən həmdəmlərim bizar olub məndən, Hanı səbr et – deyən kəslər mənə təkrar, uzaq səndən.
Sən atəşsən, tikan tək durmuşam mən rəhgüzarında, Yaxıb yandır keçərkən, qalmasın asar, uzaq səndən.
Füzulinin gözündə tirədir aləm o məhrusuz, Fələk verməz ona rahətlik, ey dildar, uzaq səndən.