Əsas məzmuna keç

Qəzəl

Bari-möhnətdən nihali-qamətin xəm olmasın

Məhəmməd Füzuli

1

Bari-möhnətdən nihali-qamətin xəm olmasın, Başımızdan sayeyi-sərvi-qədin kəm olmasın.

Hasilim rüxsarü lə’lü çeşmü qəmzən olmasa, Ömr bir an, bir nəfəs, bir ləhzə, bir dəm olmasın!

Gərdi-rahin əzmi-gərdun etdi kim, bu qədr ilə, Şöhreyi-aləm həmin Isayi-Məryəm olmasın.

Iltimas etdim səbadən tutiya çəkdirməyə, Ağılama, ey göz, qübari-dərgəhi nəm olmasın.

Sən tək afət gəldigin bilmişdi kim, həqdən mələk Iltimas eylərdi kim, aləmdə Adəm olmasın.

Der imiş zahid ki, olmaq eybdir rüsvayi-eşq, Bu sözü faş etməsin, rüsvayi-aləm olmasın.

Ey Füzuli, zövqi-dərdi-eşqə nöqsan heyfdir, Ehtiyat et, pənbeyi-dağində mərhəm olmasın.

Lüğət: Nihal – təzə, boyu düz ağac; Gərd – toz; Tutiya – gözə çəkilən maddə; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.