Əsas məzmuna keç

Qəzəl

Bahar oldu vü açıldı üzündən pərdə gülzarın

İmadəddin Nəsimi

2

Bahar oldu vü açıldı üzündən pərdə gülzarın, İrişdi qönçənin dövrü, zamanı qalmadı xarın.

Gülüstan Turi-qüds oldu baharın nurü narından, Gəl, ey Musa, gör asarın çəməndə nur ilə narın.

Çiçəklər müxtəlif əlvan, nə mə’nidir, anı bil ki, Boyası bir imiş çün kim, bu ənvarın, bu əzharın.

Əbirindən çəmən, gör kim, nə teyb afaqa göndərmiş Kim, olmuş buyü ətrindən məşamı tazə əttarın.

Nə ənbərdir tütən, yarəb, şəqayiq məcmərindən kim, Ki, buyundan anın qədri sınıqmış mişki-tatarın.

Gəl, ey siminbədən saqi, mənə sun cami-səhbayı Ki, gəldi rövnəqi-güldən meyi-gülrəngi xummarın.

Əgərçi sünbülü nərgis bəyani-kuntə kənz eylər, Qaçan bəlhüməzəl bilsin işaratın bu əsrarın.

Bu gün gər aləmil-qeybin vücudun görmək istərsən, Rəyahin uş bəyan eylər zühurun çərxi-səyyarın.

Bu musiqidən, ey same’, sana gər nəsnə kəşf oldu, Məqamatın bəyan eylə, üsulun göstər ədvarın.

Əgər susənləyin əbkəm deyilsə nitqə gəl, söylə Ki, hərfü nöqtə tərkibi nə yerdəndir bu göftarın.

Bu gün gər aləmül-qeybin nişanın görmək istərsən, Rəyahin uş bəyan eylər zühuri çərxi-səyyarın.

______________________Milli Kitabxana_______________________

Cahan cənnati-ədn olmuş, çəmən səhnində hurilər, Bəzənmiş hüllədən bustan, açılmış gözü əşcarın.

Bu gün bazar edər gülşən səməndən laləvü güldən, Qənimət gör ki, beş gündür tamaşası bu bazarın

Nəsiminin sözü gərçi dəmi-Isadır, ey münkir, Sənə kar eyləməz niçün ki, yoxdur həqqə iqrarın.

______________________Milli Kitabxana_______________________

Lüğət: Nur – İşıq; Ənvar – Nurlar; Teyb – Xoş ətirli; Cami – müsəffa – Saf şərab; Kənz – Xəzinə; Əsrar – Sirlər; Nəsnə – Bir şey; Ədvar – Dövrlər; Əşcar – Ağaclar; Münkir – Inkar edən ______________________Milli Kitabxana_______________________; Kar – İş

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.