Bahar oldu, könüllər şad olan mövsümdü, yarım yox
Bahar oldu, könüllər şad olan mövsümdü, yarım yox, Başımda nəşeyi-mey, əldə cami-xoşgüvarım yox.
Sən, ey bülbül, fəğan et güldən ötrü səhni-gülşəndə, Mənim nitqim tutulmuşdur ki, yari-gülüzarım yox.
Sənin döndü xəzanın, vəsli-güldən novbahar oldu, Mənim fəsli-xəzanımdır kim, ol rəşki-baharım yox.
Açıldı qönçə, bülbül vəsli-güldən yetdi didarə, Edib çaki-giriban ölməzəm mən, hiç arım yox.
Nə nəqdim var meyi-nabə, nə rəhni-camə dəstarım, Bətər ondan bu kim, meyxanələrdə etibarım yox.
Nə tərğib eyləyirsən cənnətə hərdəm məni, vaiz, Mənim baği-behiştim yardır, cənnətdə karım yox.
Həzər qıl, yaxma dildə ah odilə navəkin, Seyyid, Mənim ol qaşı yaydan bundan özgə yadigarım yox.