Əsas məzmuna keç

Qəzəl

Bahar oldu ki, aləm gülşən oldu

Şah İsmayıl Xətai

1

Bahar oldu ki, aləm gülşən oldu, Gözün aç, gör cahan nə rövşən oldu.

Bəzəndi hər bir ağac bir gül ilə, Ağaclar cümlə gül pirahən oldu.

Açıldı yazilər, bitdi çiçəklər, Gül ilə şol bənövşə, susən oldu.

İrişdi və’dəsi badi-baharın, Behər su gül hezaran xərmən oldu.

Mana ol dust bolsa dost ancaq, Nə ğəm gər cümlə aləm düşmən oldu.

Çox əgləndin gələndə, ey Xətayi, Məgər sana bu yerlər məskən oldu?

Lüğət: Pirahən – köynək; Şol – o; Badi – fəna – fəna yeli

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.