Əsas məzmuna keç

Qəzəl

Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə

İmadəddin Nəsimi

1

Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə, Buraxdı qönçələr pərdə bəşarət bülbüli-zarə.

Şəqayiq pərdədən çıxdı, boyandı bağ ilə bostan, İrişdi gülşənin hüsnü boyandı rəngi əzharə.

Məni mən’ etmə, ey zahid, güvənmə zikrə, ey sufi Ki, sən məğrurisən zikrə, mənəm müştaq didarə.

Ki, hər bəlhüm əzəl bilməz nədir kim, eşqin əhvalı, İrişməz qasirin əqli bu müğləq sirri-əsrarə.

Əbirü mişkü ənbərtək rəyahindən çəmən doldu, Səhərdə tə’n edər saçın nəsimi mişki-tatarə.

Lüğət: Müştaq – Həvəskar; Qasir – Sayğısız, zəif; Müğləq – Aydın olmayan

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.