Bahar əyyamıdır, gəlməz, nədəndir, şurə bülbüllər
Bahar əyyamıdır, gəlməz, nədəndir, şurə bülbüllər, Məgər düşmüş lətafətdən könüllər şad edən güllər?
Çiçəklər ətr saçdı, nazəninlər seyri-bağ etməz, Açılmış gülləri yeksər pərişan etdi qafillər.
Əgər eşq əhli etməzsə gözəl məhrulərə rəğbət, Nə lazımdır bu ziynət, bu gözəllik, bu qara tellər.
Könüllər bəs neçin gülzarə bağlanmaz bu mövsimdə, Məgər zənciri-zülfün açmamış gülşəndə sünbüllər?
Könül qönçə kimi yüzlərcə qəmlərlə düyünlənmiş, Budur müşkül ki, dövran naz edir açdıqca müşküllər.
Suyu qoynunda gülşən bəsləyir, var vəchi, izzətlə Ki, ondan zahir olmuşdur gözəlliklər, təcəmmüllər.
Füzuli, qorxu çoxdur rəhgüzari-eşqə düşməkdə, Bu yollar çox ağır yoldur, gərək etmək təhəmmüllər.