Bahar əyyamıdır, açıldı güllər, ey cavan sənsiz!
Bahar Əyyamıdır, açıldı güllər, ey cavan sənsiz! Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz?
Şamadət eyləyir düşmən mənə hər dəm və hər saət, Mərəz artır dəmadəm, varə-varə, hər zaman sənsiz.
Nə ümidim vüsalə, nə fəraqə tabü taqət həm, Gözümdə tirəvü tar oldu, billah, bu cahan sənsiz.
Sən əyləş hur ilə, eylə həmişə eyşü işrət kim, Dəmadəm mən çəkim, dildən edim ahü fəğan sənsiz.
Yetişməz başə, Abbas, ömrüm axır bir tamam olsun, Keçər hər bir dəqiqə ildən artıq, əlaman sənsiz.
Bu gün eydi-şərif oldu, məgər sən bixəbərsənmi? Güman etmə ki, işrət içrə əylənsin anan sənsiz.
Güli-ruyindən ayrı neylərəm mən gülsitan seyrin? Edər bülbül kimi nalə bu zarü Natəvan sənsiz.
Lüğət: Natəvan – qüvvəsiz, halsız, köməksiz