Əsas məzmuna keç

Qəzəl

Bağrımnı dəlür navəki-hicrani-filani

İmadəddin Nəsimi

1

Bağrımnı dəlür navəki-hicrani-filani, Qanımnı tökər sehr ilə çeşmani-filani.

Başdan ayağa külli-vücudum oda yandı, Yarəb, yaraya dərdimə dərmani-filani.

Şahın quluyam, eyləmişəm yüz kərə iqrar, Bel bağlamışam bəndə bəfərmani-filani.

Sundum əlimi daməninə bəs ki, dutaydum, Bağladı qapu, qoymadı dərbani-filani.

Billah, sərü can cümlə bəşükranə verərdim, Gər olsa idim bir gecə mehmani-filani.

Ənbər saçılır, zülfünü gər şanə qılırsa, Şəkkər tökülür əz-ləbü dəndani-filani.

Bu şəhri qoyub üştə gedər xəstə Nəsimi, Bədnami-cahan oldu bədövrani-filani.

Lüğət: Navək – Ox ucu; Dərban – Qapıçı; Dəndan – Diş

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.