Bağlər səbz oldu, olmaz xatirim xürrəm hənuz
Bağlər səbz oldu, olmaz xatirim xürrəm hənuz, Gül açıldı, bülbül oldu şad, məndə qəm hənuz.
Aləm oldu şad, bülbül vəsli-güldən kamyab, Məndədir bir gül fərağından qəmi-aləm hənuz.
Kuhkən dağ üzrə oldu tişeyi-qəmdən həlak, Qarə geydim, dağə batdım, saxlaram matəm hənuz.
Afitabım, ləlini bir gecə görmüş xabdə, Şövqdən dürlər tökər bu dideyi-pürnəm hənuz.
Mehri ol mahın siriştə oldu ol gün könlümə Kim, müxəmmər olmamışdı tiynəti-Adəm hənuz.
Ey Məsihadən ləbin canbəxş, ləlin dilrüba, Görməyib sən kimi bir ruhi-rəvan Məryəm hənuz.
Görmüşəm xab içrə bir müddətdi qaşın tağını, Qəddim ol mehrab şövqindən qalıbdır xəm hənuz.
Xal məhrəm, sürmə həmdəmdir o mahə, Seyyida, Mən qərabəxtü qəragün olmazam məhrəm hənuz.