Əsas məzmuna keç

Qəzəl

Bağlayıb qəlbimi geysuyi-xəmi-pürşikənin

Məhəmməd Füzuli

1

Bağlayıb qəlbimi geysuyi-xəmi-pürşikənin, Qalacaqdır, məni öldürsən, adın qanlı sənin.

Çox lətifdir bədənin, oldu gözümdən pünhan, Çəkdirir gör nə cəfalər mənə lütfiylə tənin.

Torpaq oldum ki, düşə üstümə kölgən bəlkə, Kəsdi ümmidimi bundan, elə safdır bədənin.

Nitqə gəl, özgələrin sözlərinə uymaq ilə, Olmayıb kimsəyə aydın hələ sirri-dəhənin.

Sözlərindən belə hiss eyləyirəm, nazlı nigar, Qanımı tökməyə mayildir, o ləli-Yəmənin.

Səndə fanus kimi vardı, Füzuli, atəş, Qan deyildir görünən, köynəyin atəşdi sənin.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.