Əsas məzmuna keç

Qəzəl

Bağə gir, bülbülə ərzi-güli-rüxsar eylə

Məhəmməd Füzuli

1

Bağə gir, bülbülə ərzi-güli-rüxsar eylə, Yığ gülün irzini, bülbül gözünə xar eylə.

Bağ şahidlərinə zülf ilə çeşmin göstər, Sünbülü dərhəm edib, nərgisi bimar eylə.

Qönçəyə lafi-lətafətdə ağız açdırma, Ləhzə-ləhzə onu şərməndeyi-göftar eylə.

Sərvə azadəlik ismilə yaraşmaz yürümək, Onu həm şiveyi-rəftarə giriftar eylə.

Dari-dünyanı, könül, cəhd qılıb, tərk edə gör, Xabi-qəflətdə ikən özünü bidar eylə.

A cigər zəxmi, ağız açma xədəngin görübən, Yetənə razi-nihanım, yetər, izhar eylə.

Kəs, Füzuli, təməin qeyr təmənnalərdən, Qanda olsan tələbi-dövləti-didar eylə.

Lüğət: Zəxm – yara; Xədəng – ox

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.